Hakimin oğlunu avtomobillə vurub öldürən şəxs həbs edildi – FOTO

18 Mayıs 2016
1 587
1
Hakimin oğlunu avtomobillə vurub öldürən şəxs həbs edildi – FOTO
Hakimin oğlunu avtomobillə vurub öldürən şəxs həbs edildi – FOTO

Kərimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimov barəsində cinayət işi başlanılıb.

FeaT.Az Report-a istinadən xəbər verir ki, o, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə R.Kərimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Hakimin oğlunu avtomobillə vurub öldürən şəxs həbs edildi – FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    insanliq qalmayib bir insanin canini aldin hecneyden..omrunun en gozel caglarinda heyati sondu yazzigin ailesine od dushdu..ne deyesen belelerine..3 ay bir insan ovladinin canini alan qorxaqligindan atib qacan birine nedirki
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.