Azərbaycana məxsus təyyarə qəzasının sirrləri -ŞOK İDDİALAR

Azərbaycana məxsus təyyarə qəzasının sirrləri -ŞOK İDDİALAR
Azərbaycana məxsus təyyarə qəzasının sirrləri -ŞOK İDDİALAR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycana məxsus “An-12” markalı təyyarə Əfqanıstanda qəzaya uğramışdır. Təyyarə və qatar qəzalarını araşdıran tədqiqatçı-yazıçı Paşa Yaqub bu hadisəni moderator.az-a şərh etdi.

Həmin şərhi oxucularımıza təqdim edirik:

-Bildiyimiz kimi, kainatın idarə olunmasında çox böyük riyazi dəqiqlik vardır. Baş verən bu kimi qəzalar da prakəndə olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki yazılarımda da görünürdü ki, bütün təyyarə qəzaları Günəş tutulmaları ilə riyzai şəkildə bağlanır.

Bu qəzada da diqqət çəkən məqamlardan biri 25 oktyabr 2014-cü il tarixli Günəş tutulmasının (astronomik xəbərdarlığın, qiyamət əlamətinin) 572-ci günü baş verməsidir. Belə ki, 572 ədədindən orjinal “Quran”ın səhifələrinin sayını (286) çıxsaq, yenə də 286 ədədi alınar və əvvəlki hadisələrdə olduğu kimi, yenə də diqqətimizi “Quran”a yönəldər:

572 – 286 = 286

Qəzada diqqət çəkən digər maraqlı məqam onun Azərbaycana məxsus digər təyyarə qəzaları ilə əlaqələnməsidir. Belə ki, bu hadisə Bakı-Naxçıvan reysi ilə uçan “Boeinq 757” təyyarəsinin havada olarkən nasazlıq səbəbindən geri qayıdaraq, qəza enişi etməsinin (13 iyun 2015) 342-ci günüdür ki, bu da “Quran”ın surələrinin sayı olan 114 ədədinin üç mislidir:

342 – 114 – 114 = 114

Xatırladım ki, moderator.az-dakı əvvəlki yazımda Bakıdakı qatar (metro) qəzalarının monitorinqini təqdim edərkən, onların 114 (!) gündən bir baş verdiyi aydın görünürdü.

Qatar qəzalarından söz düşmüşkən, bugünkü təyyarə qəzası riyazi yolla həm də qatar qəzalarına bağlanır. Belə ki, 7 may 2013-cü il tarixdə Bakı-Moskva reysi ilə hərəkət edən qatar qəzaya uğramışdı. Əfqanıstanda baş verən “An-12” qəzası da bu hadisənin 1110-cu günü idi ki, bundan da “Quran”da tövbə və cəza rəmzi sayılan 555 ədədini çıxsaq, yenə də 555 alınar və diqqətimizi bir daha tövbə edib, doğru yola dönməyin vacibliyinə yönəldər:

1110 – 555 = 555

Oxucuların yadına salım ki, Qız qalasının sirlərindən bəhs edən yazımda qalanın kodunun 555 (!) olduğu görünürdü. Eləcə də Azərbaycanda baş verən bütün təyyarə və metro qəzalarının da 555 (!) ədədinə bağlandığı daim görünməkdədir.

"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.