ŞOK SƏNƏD: ABŞ Azərbaycan və Ermənistanı döyüşə hazırlayır - XƏRİTƏ

19 Mayıs 2016
1 246
0
ŞOK SƏNƏD: ABŞ Azərbaycan və Ermənistanı döyüşə hazırlayır - XƏRİTƏ
ŞOK SƏNƏD: ABŞ Azərbaycan və Ermənistanı döyüşə hazırlayır - XƏRİTƏ

Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir.FeaT.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məxfi məlumat "The National İnterest” dərgisi tərəfindən yayılıb.

Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var. Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını əlbətdə, gizli saxlayır. Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayrıd etmək çətin deyil.

Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer alır.

http://az.baku.ws/uploads/posts/2016-05/1463656251_142654_src.jpg

"The National İnterest”in yazdığına görə 2015-ci ilin aprel ayına olan vəziyyətə əsasən ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün "mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali Qafqaz peyzajında qurulub. Bu beş dövlət "Təlim mühiti üçün qətiyyətli hərəkətlər” ("Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib.

Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir.

DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət "Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir.

ŞOK SƏNƏD: ABŞ Azərbaycan və Ermənistanı döyüşə hazırlayır - XƏRİTƏ

Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir.

"The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.