Cəbhədə sakitlik kimin xeyrinədir?

19 Mayıs 2016
1 277
0
Cəbhədə sakitlik kimin xeyrinədir?
Cəbhədə sakitlik kimin xeyrinədir?

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması Azərbaycan ictimaiyyətini sözün həqiqi mənasında təəccübləndirdi. Bu təəccübə səbəb isə ermənilərin davranışı olub. Belə ki, rəsmi məlumata görə, ötən gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə cəmi 26 dəfə pozaraq Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Yəni ermənilər atəşkəsi həmişə olduğundan 5-6 dəfə az pozublar. Bu isə son illər ərzində rekord göstərici hesab oluna bilər.

Cəbhədə sakitlik kimin xeyrinədir?

Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda tərəflərin atəşkəs rejiminə əməl etməsi və tərəflərin münaqişənin həlli məqsədilə iyun ayında yenidən görüşməsinə dair razılıq əldə olunub.

Bununla bağlı vəziyyəti Milli.Az-a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, cəbhədə sakitliyin bərqərar olması daha çox ermənilərin marağındadır:

Cəbhədə sakitlik kimin xeyrinədir?

"Ermənistan onsuz da işğal edə biləcəyini edib, indi isə status-kvonu qorumağa, yəni vəziyyətin dəyişməməsinə çalışır. Bunun üçün də ermənilər məntiqlə cəbhə xəttində sakitliyin qorunmasında maraqlı olmalıdırlar. Üstəlik, təəssüf ki, Vyana görüşündə böyük dövlətlərin Ermənistana təzyiq və təsirini müşahidə etmədik. İndi Ermənistan özünü sakit aparmağa və görüşdə əldə olunan razılığa əməl etdiyini göstərməyə çalışır. Fikrimcə, atəşkəsin pozulması sayının azalması da böyük ehtimalla bununla bağlıdır".

Vyana danışıqlarından sonrakı vəziyyətə və prezidentlərin iyunda keçiriləcək növbəti görüşündən gözləntilərə gəlincə, ekspert qeyd edib ki, Vyanada ciddi heç bir irəliləyiş nəzərə çarpmadığına görə bundan sonrakı danışıqlar prosesindən də müsbət dəyişiklik gözləməyə dəyməz:

Cəbhədə sakitlik kimin xeyrinədir?

"Aprel döyüşlərindən sonra bizim gözləntimiz o idi ki, böyük dövlətlər Ermənistana müəyyən qədər təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların azad olmasını aktuallaşdıracaqlar. Amma görünən odur ki, bu məsələ Vyanada müzakirə olunmadı. Yeganə mövzu o oldu ki, tərəflər atəşkəsə riayət etməlidirlər, hələ baş verən insidentlərin araşdırılması məsələsinə də baxılmalıdır. Bunların isə heç biri bizim maraqlarımıza uyğun deyil. Çünki indiki zamanda insidentlərin araşdırılması elə status-kvonun davam etməsi deməkdir. Bu da daha çox Ermənistanın maraqlarına uyğundur. Nə vaxt Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq versə, onda bəli, işğalçılara müəyyən təhlükəsizlik vədləri verib insindentlərin araşdırılmasına da razılaşa bilərik. Amma biz necə ki, snayperlərin və hərbi texnikanın geri çəkilməsinə razılaşmırıq, çünki bu halda biz işğalçıya təzyiq alətini əldən vermiş olarıq, eləcə də Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal altında olduğu müddətdə nə insidentlərin araşdırılmasına, nə ATƏT-in Monitorinq qrupunun heyətinin üzvlərinin sayının artırılmasına razılaşa bilərik. Artıq Azərbaycan nümayəndə heyəti Vyanadan dönəndən sonra rəsmilərin açıqlamalarından görünür ki, Azərbaycan öz üzərinə belə bir məsuliyyət götürməyib. Həqiqətən də ATƏT-in Minsk qrupunun yaydığı bəyanat sadəcə tövsiyə xarakterli sənəddir".

Cəbhədə sakitlik kimin xeyrinədir?

E.Şahinoğlunun fikrincə, əgər növbəti görüşdə danışıqlarda ciddi irəliləyiş olmasa, müharibə ehtimalı yenidən artacaq: "Əgər prezidentlərin iyunun sonuna planlaşdırılan növbəti görüşünə qədər Ermənistan tərəfindən işğal edilmiş torpaqların boşaldılması, yaxud münaqişənin mərhələli şəkildə həlli istiqamətində hansısa müsbət addım müşahidə olunmasa, düşünürəm ki, gələcək görüşlərin də nəticəsi olmayacaq. Görüşlərin sayı artıqca isə proses Azərbaycanın əleyhinə işləyəcək. Çünki dövlət başçısı İlham Əliyev də bildirib ki, Azərbaycan danışıqların imitasiyası xatirinə görüşlərdə iştirak etməyəcək. İmitasiya davam etsə, aydındır ki, bölgədə müharibə ehtimalı yenidən artacaq..."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.