İsrailli analitik: İrəvan qoxru altında ! iki bəd xəbər var...

21 Mayıs 2016
1 251
0
İsrailli analitik: İrəvan qoxru altında ! iki bəd xəbər var...
İsrailli analitik: İrəvan qoxru altında ! iki bəd xəbər var...

Düşmən Qarabağa terrorçu və kriminal ünsürləri yığır ; işğalçı Ermənistanın son silahından istifadə cəhdi; “Azərbaycan isə Ermənistana gücünün hələ yalnız bir hissəsini göstərib” – israilli analitik;

Vyana görüşü sülh ritorikasını təzədən gündəmə gətirib. Ümidlər indi də prezidentləri iyun ayına nəzərdə tutulan görüşünə bağlanıb. Ancaq aydındır ki, Dağlıq Qarabağ məsələsində çoxdan gözlənilən və böyük müharibəni əngəlləyəcək ciddi irəliləyiş müstəsna olaraq işğalçı Ermənistandan və onun əsas dayağı Rusiyadan asılıdır.

İrəvan və Moskva münaqişə ətrafında yeni situasiyanı nəzərə alıb nəhayət, konfliktin dinc həllini dalandan çıxaracaqmı? Hələ ki söyləmək çətindir - bu yöndə pozitiv fikirlər də, pessimizm də kifayət qədərdir.

O üzdən ərazisinin 20%-i işğal altında olan Azərbaycanın silahı əldə möhkəm tutması və hərbi qüdrətini daha da artırmaq barədə düşünməsi normal və təbiidir. Ermənistan da vəziyyətin fərqindədir və nəsə eləməyə, Azərbaycanın daha güclü antiterror əməliyyatı qarşısında “kontur-tədbirlər” görməyə çalışır.

* * *
Bu arada 300-ə yaxın Donbas separatçısının Qarabağa göndərilmək üçün QRU-nun (Rusiya hərbi kəşfiyyat qurumu -red.) bazasında təlim keçdiyi haqda xəbər yayılıb. İnformasiyanı öz Facebook səhifəsində ukraynalı deputat Dmitri Timçuk paylaşıb. Onun sözlərinə görə, Donetskdən Rusiyanın Sankt-Peterburqdakı bazasına yerli əhalidən təşkil olunmuş 300 nəfər döyüşçü göndərilib.



“Döyüşçülərin geyimində iki lentli tünd yaşıl bayraq var və bu bayrağın üstündə erməni dilində söz yazılıb. Döyüşçülər arasında yayılan məlumata görə, bu komanda Rusiya Baş Kəşfiyyat İdarəsinin bazasında təlim keçəcək. Daha sonra onlar Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edəcək. Bu komandanın daşınması 23 və 55 taktiki işarəli ”Ural" avtomobilləri ilə həyata keçirilir" - Timçik yazıb.

Eyni gündə isə Ermənistan prezidenti Serj Sərkiayanın türmədən buraxdığı qatı cinayətkarları Qarabağa yollaması haqda informasiya yayılıb. Belə ki, erməni saytının yazdığına görə, Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib. Məlumata görə, İrəvandakı “Vardaşen” həbsxanasının bir qrup məhbusu Sərkisyana müraciət edərək əfv olunmalarını xahiş edib və azadlığa buraxılacaqları halda Qarabağda hərbi xidmətə gedəcəklərini bildiriblər. Onların bu arzusuna əməl edilib.



* * *

Beləcə nizami ordusuna çağırışçı və peşəkar hərbçi tapa bilməyən işğalçı ölkənin rəhbərliyi ümidini kriminal elementlərə, bəzi ərəb ölkələrindəki (Livan) terrorçulara (ASALA, PKK) və Rusiyanın hazırladığı separatçılara bağlayıb. Ancaq çətin ki, bu, onu gözləyən labüd və ağır hərbi məğlubiyyətdən sığortalaya bilsin. Çünki Azərbaycan getdikcə daha da taqətdən düşən Ermənistandan təkcə hərbi cəhətdən yox, başqa parametrlər üzrə də qat-qat üstündür.

“Azərbaycan Ermənistanla son savaşda gücünün yalnız bir hissəsini göstərib”. Bunu Rusiya mediasına açıqlamasında israilli politoloq Avraam Şmuleviç söyləyib. Onun sözlərinə görə, Azərbaycan hər şeyi ilə Ermənistanı üstələyir: “Qarabağdakı son hadisələr təkcə Cənubi Qafqaz çərçivəsində vacib deyil. Bu proses yeni dünya müharibəsinin başlanmasından öncə qlobal miqyaslı nəticələrə səbəb ola bilər. Ermənistanın məqsədi status-kvonu qorumaqdır. Onlar Azərbaycanın 20% ərazisini tutaraq, oradan azərbaycanlıları qovublar və faktiki olaraq bu torpaqları Ermənistana birləşdiriblər. Aydındır ki, yeni qənimətlər onlara lazım deyil.



Politoloqun sözlərinə görə, Bakı anlayır ki, situasiya Azərbaycanın da əleyhinədir: “Bakıda başa düşürlər ki, zaman onların əleyhinə işləyir. Azərbaycan görür ki, beynəlxalq aləmdə Ermənistanı sözdə tənbeh edərək, bu torpaqların azərbaycanlılara aid olduğunu tanıyırlar, amma ərazilərin qaytarılması üçün əməldə heç bir şey edilmir. Krımın Rusiya tərəfindən işğal edildiyi zaman dünyanın necə reaksiya verdiyinə və Qarabağın Ermənistan tərəfindən işğal edilən zaman hansı münasibət göstərdiyinə diqqət edin. Tam fərqli yanaşma idi. Ona görə də Azərbaycan çalışır ki, dünya birliyinin Ermənistana təzyiq etməsinə şərait yaratsın. Biz bilirik ki, son döyüş yalnız nümayiş xarakteri daşıyır. Azərbaycan burada nə yeni silahlarını, nə aviasiyasını tam göstərdi. Bilinən odur ki, Bakı bu sahədə Ermənistanı çox üstələyir”.

* * *
Yeri gəlmişkən, Azərbaycanın əsas silah təchizatçılarından biri İsraildir. Bakı yəhudi dövləti ilə xüsusən də son illər hərbi və hərbi texniki sahədə çox sız əlaqələr qurub. Faktiki surətdə İsraildən Rusiyadan aldığı silah-sursat həcmində, təxminən 5 milyard dollarlıq silah alıb. Bundan da önəmlisi isə, regional supergüclərdən biri kimi İsrailin Azərbaycanın haqq işini, ərazi bütövlüyümüzü kifayət qədər prinsipiallıqla müdafiə eləməsidir.

Son olaraq İsrailin Azərbaycandakı səfiri bu mövqeyi ortaya qoydu. Dünən isə məlumat keçdi ki, Azərbaycanın İsraildəki əsas lobbiçisi olan sabiq xarici işlər naziri Avidqor Liberman ölkənin müdafiə naziri postunu tuta bilər. Belə olarsa, iki ölkə arasında hərbi əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaq. Demək, mümkün Qarabağ savaşı öncəsi Azərbaycan hərbi qüdrətini daha da artıra biləcək.

“İsrailin müdafiə naziri postuna Libermanın gətirilməsi Azərbaycan-İsrail əlaqələrinin həm siyasi, həm də hərbi planda güclənməsinə təkan olacaq”. Bu barədə Şmuleviç Day.az portalına müsahibəsində deyib. Onun sözlərinə görə, Liberman Azərbaycan cəmiyyətində müsbət imiclə tanınır. “O, çox yaxşı əlaqələrə malikdir, Qafqaz regionunda situasiyadan yaxşı başı çıxır, Azərbaycanla sıx əlaqələr üçün prinsipial mövqedən çıxış edir” - politoloq vurğulayıb. Şmuleviçə görə, Liberman müdafiə naziri postu tutduqdan sonra Azərbaycana İsrail silah-sursatının verilməsi böyük ehtimalla artacaq.



Bu isə təkcə Ermənistanı deyil, onun müttəfiqi Rusiyanı da narahat edir. Moskvanın etibarlı və sərfəli silah alıcısı kimi Azərbaycanı öz yanında saxlamağa çalışmasının bir səbəbi də budur - silah ticarətində İsrailin Rusiyanı sıxışdıra bilməsi. Rusiya hərbi-sənayesini kurasiya edən, baş nazirin müavini Dmitri Roqozinin son Bakı səfəri istisna deyil ki, həm də bu amillə bağlı olub. Söhbət həmçinin, Bakı-Təl-Əviv əlaqələrinin dərinləşməsi ilə Rusiyanın Azərbaycana təsir imkanlarının azalması perspektivindən gedir.

* * *

Son baş verənlər və gözləntilər təbii ki, Ermənistanı hamıdan çox narahat edir. Bu günlər isə işğalçı və havadarı üçün bu kontekstdə daha bir neqativ, Bakı üçün isə pozitiv bir olay gözlənilir: xəbər verdiyimiz kimi, sabah - mayın 22-də Türkiyədə yeni baş nazir rəsmən bəlli olandan və təzə hökumət təsdiqlənəndən az sonra İsraillə Türkiyə arasında “Mavi Mərmərə” olayına görə pozulmuş münasibətlərin bərpasına yönəlik sənəd imzalanması planlaşdırılır.
İsrail-Türkiyə barışığı isə sözsüz ki, bölgədə təkcə bu iki dövlətin deyil, müharibə vəziyyətində olan Azərbaycanın da işğalçı qarşısında gücünə güc qatacaq.

Deməli, Bakı danışıqlar masasında özünü daha inamlı hiss eləməklə yanaşı, mümkün Qarabağ müharibəsinə daha qalibiyyətli göstəricilərlə gedəcək. Ermənistan kriminal ünsürlərlə, terrorçu və gəlmə separatçılarla Azərbaycanın zəfər yürüşünü dayandıra bilməz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.