Ukrayna "Eurovision"dan imtina edəcəkmi? - RƏSMİ AÇIQLAMA

23 Mayıs 2016
1 202
1
Ukrayna "Eurovision"dan imtina edəcəkmi? - RƏSMİ AÇIQLAMA
Ukrayna "Eurovision"dan imtina edəcəkmi? - RƏSMİ AÇIQLAMA

“Bu, bizim üçün böyük şərəfdir”.

Ukrayna 2017-ci ildə ölkədə “Eurovison”un keçirilməsi üçün maksimum səy göstərəcək.

Feat.Az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman “1+1” telekanalının efirində bildirib.

“Biz heç bir halda “Eurovision”un keçirilməsindən imtina etməyəcəyik. Hesab edirəm ki, bu, bizim üçün böyük şərəfdir”, - o deyib.

Baş nazir, həmçinin qeyd edib ki, hakimiyyət bu beynəlxalq müsabiqəni yüksək, peşəkar səviyyədə keçirmək üçün maksimum səy göstərəcək.

Maliyyə naziri Aleksandr Danelyuk mayın 18-də müsabiqənin Ukraynada keçirilməsini “sayıq qiymətləndirməyi” vəd edib. Bununla yanaşı, məmur müsabiqənin keçirilməsi haqqının başqa ölkəyə verilməsi imkanını da xatırladıb.

oxu.az
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Agaeva
    Men heçne başa duşmədim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.