Nadir: "Nümunəvi vergi ödəyən 3 müğənnidən biriyəm"

24 Mayıs 2016
1 235
0
Nadir: "Nümunəvi vergi ödəyən 3 müğənnidən biriyəm"

Nadir: "Nümunəvi vergi ödəyən 3 müğənnidən biriyəm"
Müğənni Nadir Qafarzadə vergilər nazirliyinin sənətçilərin toy sayını və qonorarını gizlətməsi iddiasına cavab verib.

Feat.Az Axşam.az-a istinadən məlumat verir ki, açıqlamasında ifaçı özünü nümunəvi vergi ödəyən müğənni adlandırıb:

“Toylar demək olar ki, yoxdur. Restoranlarda kamera var, necə gizlədə bilərəm? Nümunəvi vergi ödəyən üç müğənnidən biriyəm. Bunu nazirlikdə təsdiqləyə bilər. Toyum olmadığı halda 2016-cı il girəndən 4 min manat vergi ödəmişəm. Bunu edirəm ki, adım pis müğənnilər içində olmasın”.

Bu yaxınlarda bağ evini satan N.Qafarzadə ikinci oğlunun universitetə hazırlaşdığını deyib:

“Böyük oğlum xaricdə oxuyur, ikinci isə bu il məktəbi bitirir. Onun da xaricdə təhsil almasını istəyirəm. İstəyirəm oğlum iqtisadiyyatçı olsun. O bağda çox əziyyət çəkmişdim: daşını özüm qoyurdum, ağaclarını əkirdim. Kividən tutmuş, banana kimi əkmişdim. Zaman gəldi ki, bağım mənə kömək oldu, satdım, ehtiyacımı ödədim. Bağsız yaşaya bilərəm, övladımın savadsız olmasına dözmərəm”.

Müğənni bu yay dincəlməyəcəyini də bildirib:

“İyundan gərgin iş rejiminə başlayıram. ATV-də “Azərbaycanın səsi” başlayır. Burada həm böyüklər, həm də kiçiklər olacaq. 4 ay istirahətsiz qalacam”.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.