1 litr eşşək südü 143 litr neftə bərabərdir

24 Mayıs 2016
1 504
0
1 litr eşşək südü 143 litr neftə bərabərdir
Eşşək südü gündən-günə populyarlıq qazanmaqdadır.

Artıq dünyada ən bahalı sayılan maddələrdən biri də eşşək südü hesab edilir.

Türkiyə bazarlarında neftin bir litri 56 quruşa, bir litr eşşək südü isə 80 lirəyə satılır. Bu da o deməkdir ki, bir litr eşşək südü ilə 143 litr neft almaq olar.

Orta yaşlı bir eşşəkdən gün ərzində yarım litr süd sağmaq mümkündür.

Eşşək südü bir çox xəstəliklərə faydalı olduğu üçün ona olan tələbat da günü-gündən artmaqdadır. Eşşək südü dünyada ən dəyərli maddələrin siyahısına daxil edilib. Bu siyahıya zəfəran başçılıq edir. Bir qram zəfəran dünya bazarlarında 11,13 dollara satılır. İkinci yeri qızıl tutur. 1 qram qızıl təxminən 53 dollara bərabərdir.

Rodiumun bir qramı 58 dollar, vyetnamlıların ağrılara qarşı müalicələrdə istifadə etdikləri gərgədan buynuzunun bir qramı isə 110 dollara satışa çıxarılır.

Ətrafımız dəyərini bilmədiyimiz sərvətlərlə dolub daşır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.