Tramp yekun qələbənin astanasında - Cəmi 8 səs lazımdır

25 Mayıs 2016
1 250
0
Tramp yekun qələbənin astanasında - Cəmi 8 səs lazımdır
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Vaşinqton ştatında keçirilən ilkin seçkilərdə də qələbə qazanıb.

Feat.Az modern.az-a istinadən bildirir ki, Tramp indiyədək keçirilən ilkin seçkilərdə 1229 nümayəndənin səsini qazanıb. Onun respublikaçı rəqibləri üzərində tam qələbə çalması üçün ümumilikdə 1237 nümayəndənin səsini alması tələb olunur.

Beləliklə, qələbənin astanasında olan Donald Trampa daha 8 səs lazımdır.

İyulda Respublikaçılar Partiyası qurultay keçirərək, bu ilin sonlarında baş tutacaq prezident seçkiləri üçün vahid namizədini elan edəcək. Donal Tramp artıq indidən respublikaçıların əsas favoriti sayılır.

Trampın Demokratlar Partiyasından prezidentliyə əsas rəqibinin Hillari Klinton olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.