Qabiliyyət imtahanları və 5-ci qrup haqqında ətraflı məlumat

25 Mayıs 2016
37 057
1
Qabiliyyət imtahanları və 5-ci qrup haqqında ətraflı məlumat
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu ixtisaslar “Abituriyent” jurnallarında * və ** işarələri ilə qeyd edilmişdir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 5 istiqamətə daxildir.
– Təsviri sənət
Musiqi sənəti
– Memarlıq və dizayn
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman


Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Ali təhsil müəssisələrinin Memarlıq və dizayn istiqamətli xüsusi qabiliyyət tələb edən Memarlıq və Dizayn ixtisasları I ixtisas qrupuna daxildir.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

I ixtisas qrupuna daxil olan memarlıq və dizayn ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (bundan sonra - QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu¬riyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar.

Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 5 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Memarlıq və dizayn
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman


Orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (bundan sonra - QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 4 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman


Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə TQDK tərəfindən yaradılmış Qeydiyyat Komissiyalarında qeydiyyatdan keçirlər. Müəyyən ixtisalar üzrə TQDK tərəfindən keçirilən seçmə turlarda iştirak edirlər. Seçmə turdan müvəffəqiyyətlə keçənlər həmin ixtisaslar üzrə müsabiqəyə buraxılır.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, imtahan biletlərinə aid nümunələr hər il TQDK tərəfindən nəşr edilən “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Bədən tərbiyəsi və idman” vəsaitlərdə verilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ferid
    • ferid
    • 3 Temmuz 2016 19:58
    salam men 5 ci qurupa is vermisem ozum bu il mektebi bitirdim atisdat imtahanini vermisem vecemi 22 bal toplamisam men o 22 balla harasa duse bilerem xais edirem mene cavab veresiniz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.