Saç düzləşdiricinin saçı yandırmaması üçün qızıl qaydalar!

27 Mayıs 2016
3 168
0
Saç düzləşdiricinin saçı yandırmaması üçün qızıl qaydalar!
Saçları düzləşdirmək gündəlik olaraq xanımların tez-tez müraciət etdikləri saç formasıdır.

Asan və çox gözəl görünən düz saçlar, xanımları razı saldığı qədər də narahat edir. Niyə? Çünki, saç düzləşdiricilər müəyyən müddətdən sonra artıq saçlarda qırılma, solğunlaşma və yanma kimi problemlər yaradır. Bu kimi halların qarşısını almaq üçün saç düzləşdiricilər haqqında əsas meyarlarla siz də tanış olun.

Saçınızın uzunluğu, qalınlığı saç düzləşdiriciləri seçərkən diqqət etməli olduğunuz əsas ünsürlərdəndir.

1- Əvvəlcə hansı düzləşdiricinin sizə uyğun olduğunu bilməlisiniz

19 mm. Düzləşdiricilər: Pixie (qısa ) saçlar və qısa tel(çolka) üçün uyğundur.

22mm. Düzləşdiricilər: Qalın telli, qısa saçlara uyğundur.

25 mm. Düzləşdiricilər: Çiyin uzunluğunda və orta qalınlıqda olan saçlar üçün idealdır.

28 mm. Düzləşdiricilər: Çiyin xəttindən daha uzun qalın telli, çox buruq saçlar üçün idealdır.

32 mm. və geniş ağızlı düzləşdiricilər: Çox uzun və çox qalın telli saçlara uyğundur.
Düzləşdiricilərin ağız genişliyi markadan markaya, modeldən modelə dəyişsə də, əsas qayda yuxarıda qeyd edildiyi kimi; saçınız uzandıqca və saç tellərinin qalınlaşdıqca, düzləşdiricinin ağız genişliyi artmalıdır.

2- Düzləşdirici modelləri arasındakı fərqi bilib, özünüzə uyğun modeli seçmək lazımdır.

– Keramik düzləşdiricilər: Keramik vallar istiliyi daha bərabər paylayaraq saçınızın yanmasının qarşısını alır. Keramik bir düzləşdirici alacaqsınızsa, tamamilə keramikadan olmasına diqqət edin. Keramik üzlüklə örtülmüş düzləşdiricilər bir müddət sonra soyulma və köhnəlmə kimi problemlər yaradır.

– Titan düzləşdiricilər: Titan vallar, keramikaya nisbətən daha tez qızdığından , istiliyi saça çox daha tez çatdırır. Düzgün istifadə edildiyində, saça zərər vermə ehtimalı daha aşağıdır. Amma saçınızda uzun müddət gözlətsəniz saçlarınıza çox böyük zərər verə bilər.

– Turmalin düzləşdiricilər: Turmalin, dəmir lövhələr örtmək üçü istifadə edilən kristal bir mineral növüdür. Saçları daha parlaq, daha düz formalaşdırır. Hətta digər düzləşdiricilərə nisbətən daha az elektriklənmə yaradır.

3- Saçı düzləşdirməmişdən əvvəl, mütləq saç qoruyuculardan istifadə edin

Saçınıza bir anda 185 dərəcə istilik vermək saçınızın qurumasına, qırılmasına və hətta qızarmasına səbəb olur. Düzləşdiriciilə saçınızın arasında qoruyucu bir sədd yaratmaq üçün nəm saçınıza saç qoruyucu sprey istifadə etməlisiniz.

4- Düzləşdiricinin istiliyi 185 dərəcədən yüksək olmasın

Saç, kağızla eyni istilikdə, yəni, 230 dərəcədə yanar. Saç düzləşdiricinizdə istifadə edəcəyiniz ən yüksək istilik 185 dərəcə olmalıdır. İncə telli saçlara sahibsinizsə, 150-160 dərəcəni keçməyin.

Kiçik bir fırça ilə saçlarınızda fərqli bir hava yaradın. Saçlarınızı düzləşdirdikdən sonra fırçanın üstündə yüngül qıvrım verərək gözlədin. Saçlarınıza həcm vermək üçünisə saçlarınızı yuxarıya doğru tutub düzləşdirin.

5-Düzləşdirici ilə saçlarınızı buruq da edə bilərsiniz

Düzləşdirici maşanı və darağı birlikdə istifadə edərək, daha düz saçlara sahib ola bilərsiniz. Beləcə diblərdə dolğun bir görünüş də əldə edəcəksiniz.

Su dalğası yaratmaq üçün saçınızı hörüklədikdən sonra düzləşdirin.

Bütün əşyalar kimi, düzləşdiriciləri də xüsusi qayda ilə saxlamaq, mütamadi olaraq təmizləmək lazımdır. Belə ki. bir parça bez və spirtlə düzləşdiricinizdə yığılan qalıqları təmizləyə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.