Albaniyada Azərbaycan səfirliyi açılacaq

29 Mayıs 2016
1 162
0
Albaniyada Azərbaycan səfirliyi açılacaq

Albaniyada Azərbaycan səfirliyi açılacaq
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.
Feat.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Z.Əsgərovun rəhbərlik etdiyi Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Albaniyanın paytaxtı Tiranada keçirilən yaz sessiyasında iştirak edib. Z.Əsgərov sessiya çərçivəsində Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Albaniya parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini deyib.
Görüşdə bildirilib ki, Albaniyada Azərbaycan səfirliyi açılacaq. Qeyd edilib ki, Azərbaycanın Tiranadakı diplomatik nümayəndəliyinin payızda açılması nəzərdə tutulub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.