Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında neçəncidir?

02 Haziran 2016
2 306
0
Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında neçəncidir?
Azərbaycan dünyada ən çox siqaret çəkilən ölkələrdən biridir. Feat.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələri arasında apardığı araşdırmadan sonra dünyanın ən çox və ən az siqaret çəkən ölkələrinin siyahısını hazırlayıb.

Qurumun açıqlamasına əsasən, spirtli içkilərin istehlakında olduğu kimi, tütün məhsullardan istifadədə də Şərqi Avropa ölkələri liderdir.

Ən çox siqaret çəkilən 20 ölkə arasında ölkəmiz 13-cü yerdə bərqərar olub.

Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında neçəncidir?

Siyahıya Monteneqro liderlik edir. Burada ölkənin hər bir yaşlı vətəndaşının payına ildə 4124 siqaret düşür. Statistikaya əsasən, ilk beşliyə Belarus, Livan, Makedoniya və Rusiya daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qvineya prezidenti çox şad olmalıdır, çünki o, ən az siqaret çəkilən ölkəyə rəhbərlik edir. Qvineyadan başqa ən az siqaret çəkən ölkələrə Solomon adaları, Kribati, Ruanda, Samoadır.

Tütünə görə Şərqi Avropadan asılı olan ölkələr Livan, Çin, Yunanıstan, Türkiyə, Xorvatiya və İtaliyadır.

Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında neçəncidir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.

Hər il milyonlarla insan tütünçəkmə ilə bağlı yaranan ürək tutması, iflic, xərçəng, ağ ciyər xəstəliyi və ya digər xəstəliklərdən ölür. Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.