MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

06 Haziran 2016
7 822
0
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Qədim Bakımız hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayıb. Bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunur. Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir.

Feat .az bu dəfə sizə Bakımızın müasir inciləri olan bir sıra tikililər haqqında məlumat verir:

Bakı Alov Qüllələri

Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvol Alov Qüllələridir (Flamer Towers).

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

"Alov qüllələri" kompleksi (Flame Towers) Bakı şəhərindəki ən hündür binadır. Hündürlüyü 190 m-dir. Bura — üç çoxmərtəbəli binadan ibarətdir.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Alov Qüllələrinə yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişi 2007-ci ilin oktyabr ayında başlayıb və 2013-cü ildə tamamlanıb

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Tikilişi üçün 400 milyon ABŞ dolları xərclənib. Birinci qüllənin uzunluğu 182 m, ikinci qüllənin uzunluğu 165 m, üçüncü qüllənin uzunluğu isə 161 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib.

Beynəlxalq Muğam Mərkəzi

Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi paytaxtımızın gözəlliyini daha da artırır.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Mərkəz milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilib.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirilib və Bakıda Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. Elə həmin il, aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını edib.
Üçmərtəbəli bina formasına görə Azərbaycanın qədim musiqi alətləri olan tarı xatırladır. Mərkəzdə 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası da fəaliyyət göstərir.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilib. Əsasnaməyə əsasən Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Mərkəzin təməli təməli 2007-ci il sentyabrın 10-da qoyulub, rəsmi açılışı 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir.

Milli Gimnastika Arenası
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
9000 nəfər üçün nəzərdə tutulan Milli Gimnastika Arenası Heydər Əliyev magistralında və Koroğlu metrostansiyası yaxınlığında yerləşir. Milli Gimnastika Arenası Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Arenanın dizaynı çox funksiyallığını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq tamaşaçı yerlərinin sayı 5000-dən 9000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıb.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Milli Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun təməl qoyma mərasimi 6 iyun 2011-ci ildə, Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, dünya futbol ictimaiyyətinin görkəmli simaları, futbol veteranları və bir sıra qonaqlar iştirak edib.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Mərasimdə çıxış edən FİFA prezidenti deyib: “Bura həqiqətən də çox gözəldir, görkəmli binadır, 68000-dən çox futbol azərkeşi bura gələrək oyunlardan həzz alacaq. Sonra isə cənab prezident İlham Əliyev simvolik metal gilizi stadionun bünövrəsinə buraxıb. Prezidentin övladı - Heydər Əliyev topu simvolik qapıdan keçirdərək bönövrəyə buraxıb.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Stadionunun VVİP, VİP və CİP suitləri ümumi 127 otaq və 720 tamaşaçı tutumuna, xüsusi hazırlanan 25.200 kv.m. interyer və ümumi 3078 avtomobillik əraziyə malikdir. 1800 tamaşaçı tutumlu isinmə meydançası, MES binası, Məlumat Mərkəzi və 2 xarici bina, dizayn və mühəndislik xidmətləri və tikintiyə nəzarət və planlama xidmətləri TEKFEN tərəfindən uğurla həyata keçirilib.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Xalça muzeyi

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey olub. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində - İçərişəhərdə yerləşən Cümə məscidində açılıb.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlanıb və 2014-cü ildə onun ilk ekspozisiyası açılıb.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

SOCAR-ın yeni binası

Bu il mayın 30-da Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Dövlət Neft Fondunun yeni inzibati binası

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ötən il dekabrın 29-da - Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak edib. Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Bakı Su İdmanı Mərkəzi

Bakı Su İdmanı Mərkəzinin Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks oyunlar zamanı su idmanı növlərinin üç növü - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edib. Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb.

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Bakı Kristal Zalı
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Bakı Kristal Zalı Bakıda “Avroviziya-2012” yarışmasının keçirilməsi üçün nəzərdə tutulan idman-əyləncə kompleksi idi.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)
Bakıda Dövlət Bayrağı Meydanında inşa edilən Bakı Kristal Zalı idman-konsert kompleksi beynəlxalq səviyyədə kütləvi-mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Kompleks 23 mindən çox adam tutur.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

“YARAT” Müasir İncəsənət məkanı
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

Azərsu yeni binası
Hazırda tikintisi davam edən bina da dünyada səs salan bir layihə olacaq.
MARAQLI: Azərbaycanı dünyaya tanıdan möhtəşəm - TİKİLİLƏR (ŞƏKİLLƏR)

atv.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.