İnsanı yoldan çıxaran mavi gözlər, qırmızı dodaqlar...

07 Haziran 2016
3 226
0
İnsanı yoldan çıxaran mavi gözlər, qırmızı dodaqlar...
Dövrümüzün ən çox bəyənilən stil ikonalarından biri Aleksa Çanqdır. İncə ayaqlar, gözəl gözlər…

İngilis stili dedikdə, ilk öncə ağlımıza məhz Aleksa Çanq gəlir. 1983-cü ildə dünyaya göz açan bu xanım model və aparıcı kimi fəaliyyət göstərib. Həmçinin, "Vogue” jurnalının redaktorluğunu edib. Ancaq ürəkləri məhz özünəməxsus stili ilə fəth edib. Ard-arda - 2011, 2012 və 2013-cü illərdə "British Fashion Awards” mükafatına layiq görülüb. Tez-tez "Elle” və "Harper's Bazaar” kimi məşhur jurnalların "ən yaxşı geyinənlər” siyahısında yer alır. 1.74 boyu, incə ayaqları, gözəl gözləri ilə getdiyi hər yerdə diqqəti üzərinə çəkən Aleksa dillərə dastan stili ilə dizaynerlərin belə rəğbətini qazanıb. Gələcəyin Keyt Mossu "Nyu York Times” Aleksanın stilini möhtəşəmliyinə görə Keyt Mossla müqayisə edir. Dahi dizayner Karl Laqerfeld isə onu "Gözəl, ağıllı və müasir stilli qız” hesab edir. Karl Laqerfeld kimi bir moda dahisindən belə sözlər eşitmək hər gözələ nəsib olmur. Bütün bunlar Aleksanın mükəmməl zövqündən xəbər verir.

Dizaynerlərin ilham mənbəyi Aleksanın stili bir çox moda dizaynerinə ilham verib. Məsələn, "Mulberry” brendinin dizaynerləri Aleksa Çanqın əlində gördükləri vintaj bir çantadan ilhamlanaraq yeni çanta modeli hazırlayıblar. Modelin şərəfinə "Alexa Mulberry” adlandırılan çanta Aleksanın ən sevimli aksessuarlarından birinə çevrilib. Xüsusən, çantanın qəhvəyi və leopard printli modellərini daha çox bəyənib. Gözəl model "Vero Moda”, "Eyeko”, "Agata” kimi brendlər üçün öz zövqünü əks etdirən kolleksiyalar hazırlayıb. Gündəlik stildə ingilis ruhu Aleksa gündəlik həyatda rahat olmağa üstünlük verir. Rəng uyğunluğuna, kəsimlərə əhəmiyyət vermədən ürəyi istəyən hər şeyi geyinsə də, çox şıq görünür. Onun ən böyük üstünlüyü də elə bundadır. Müxtəlif stilləri qarışdıraraq özünəməxsus tərz yaradan Aleksa Çanqın stilində ingilis ruhu hiss edilir. Onun oksford tərzi ayaqqabılardan vaz keçməməsi də bunu deməyə əsas verir. Oksford ayaqqabılarla möhtəşəm kombinlər ərsəyə gətirən Aleksa rahatlıqla şıqlığı birləşdirir. "Loafer” ayaqqabılar və babetlər də onun stilinin əsasını təşkil edir.

Aleksa "Charlotte Olympia” brendinin məşhur "Kitty Flats” babetlərinin vurğunudur. Stil ikonasının vaz keçmədiyi ayaqqabı növlərindən biri də topuqdan bağlanan babet və səndəllərdir. İstər düz dabanlı, istərsə də, hündürdaban ayaqqabı geyinsin, Aleksa onun topuqdan iplə və ya kəmərlə bağlanmasını xoşlayır. Cazibədar model qısa şortları çox bəyənir. Gündəlik stilində demək olar ki, ən çox qısa şortlara üstünlük verir. Xüsusilə də, cins və dəri şortları çox sevir. Yay aylarında, əsasən, cins şort geyinən stil ikonası, qışda dəri şortları kolqotka ilə uyğunlaşdırır. Köynəklər də Aleksanın vazkeçilməzlərindəndir. Oksford ayaqqabılarını köynək və qalın koftalarla kombinə etməyi xoşlayır. Printli koftalarla şıq kombinlər yaratmağı bacarır. Bir çox həmkarı kimi Aleksa Çanq da leopard printli geyim və aksessuarlara biganə yanaşa bilmir. Kiçik leopard detallarını stilində tez-tez əks etdirir. Mini ətəklər də Aleksanın qarderobunda önəmli yer tutur. O, belə ətəkləri bol kəsimli köynək və kofta ilə geyinir.
Moda həftələrinin ulduzu Digər stil ikonaları kimi Aleksa Çanq da moda həftələrinə maraq göstərir. Demək olar ki, bütün moda həftələrini yaxından izləyir. Buna baxmayaraq, moda həftələrinə gedərkən diqqət çəkən, dəbdəbəli geyimlər əvəzinə sadə və şıq kombinlər seçir. "Gucci” və "Chanel” Aleksanın ən sevimli brendləri arasındadır. Qırmızı xalıda bir gözəl Aleksa ən zövqlü qırmızı xalı kombinlərinə imza atan ulduzlardan hesab edilir. Qırmızı xalı kombinlərində də vintaj geyim və aksessuarlardan ustalıqla istifadə edir. Qırmızı xalı üçün seçdiyi libaslar, adətən, krem rəngi, mavi və qırmızı rəngdə olur. Küçə stilində bohem stilə yaxın üslubda geyinsə də, xüsusi dəvətlərə gedərkən qotik tərzi ilə təəccübləndirir. İdeal fiqurası ona hər şey geyinməyə icazə verir. Odur ki, Aleksa printli, çiçəkli, güllü, bəz-bəzəkli donlar geyinməkdən çəkinmir. Belə geyimlərini bəzən qeyri-adi rənglərdə olan ayaqqabılarla tamamlayır. Məsələn, xara parçadan tikilmiş çəhrayı rəngli donlarını, adətən, mavi rəngli "loafer” ilə geyinir. Bu da onun qotik tərzini vurğulayır.

Laynerin bəxş etdiyi cazibədarlıq Aleksanın gözəl üz quruluşu ona istədiyi hər makiyaj tərzinin yaraşmasını təmin edir. Buna baxmayaraq, model sadə makiyaja üstünlük verir. Gözlərini laynerlə vurğulamağı xoşlayır. Adi günlərdə açıq rəngli dodaq boyalarından istifadə etsə də, qırmızı xalı gecələrində qırmızı və zoğalı rəngə üstünlük verir. Cazibədar model bununla da gözlərinin maviliyini ön plana çıxarır. Aleksa həm stilində, həm də makiyajında heyranı olduğu Bricit Bardodan ilham aldığını gizlətmir: "Bricit Bardonun fotolarına baxanda sarışın bir fransız olmağı arzulayıram. Onun stili ilham verir. Sadə makiyajı sevirəm. Əgər gecə çölə çıxacağamsa, "pişikgözü” makiyajı edirəm. Məncə, qadını ən gözəl göstərən şey laynerdir. Dodaqlarımı təbii məhsullardan hazırlanan balzamlarla nəmləndirirəm. Həftədə 2-3 dəfə qəhvəyi şəkər tozu ilə dodaqlarımı masaj edib isti su ilə təmizləyirəm. Nəticədə dodaqlarım ölü hüceyrələrdən təmizlənir.

Makiyajda ənliyin xüsusi yeri var. Həddən artıq çəkdikdə əks effekt verə bilər. Mən krem ənlikləri xoşlayıram. Xəfif çəhrayı yanaqları kim bəyənməz?” Qısa saçlar da gözəldir… Model deyəndə, gözümüzün önünə istər-istəməz uzun saçlı zərif xanımlar gəlir. Çünki modellərin əksərinin saçı uzun olur, onlar sağlam və parlaq saçları ilə öyünürlər. Aleksa isə qısa saç kəsimlərini sevir. O, çiyinə qədər uzanan saç modelindən illərdir ki, vaz keçmir. Saç telləri nazik olduğu üçün xəfif dalğalandırır. Rəngə gəldikdə isə, torpaq çalarlarına üstünlük verir. "Saçımın rəngini mövsümə uyğun olaraq dəyişirəm. Məncə, qışa tünd rəngli saç daha çox yaraşır. Yaz və yay aylarında isə daha açıq rənglərə meyil edirəm”.
azadqadin.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.