Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı!

07 Haziran 2016
1 346
0
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı!

Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına iyunun 5-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. Feat.Az-ın verdiyi məlumata görə, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

İmtahanda 8618 bakalavr iştirak edib. 443 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Nəticələri aşağıdakı linkdən də öyrənə bilərsiniz:
https://eservices.tqdk.gov.az/netmag2/?frm=egov

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.