“WhatsApp” yeni cavablama sistemini istifadəyə verib - FOTO

12 Haziran 2016
2 119
0
“WhatsApp” yeni cavablama sistemini istifadəyə verib - FOTO
Məhşur mesajlaşma xidmətinə xüsusi ilə qrup söhbətlərində əlverişli olan yeni xüsusiyyət əlavə olunub.

Feat.Az interaz-a istinadən xəbər verir ki, hər gün milyonlarla insan tərəfindən istifadə olunan proqrama video zəng funksiyasının əlavə edilməsi gözlənilsə də, başqa funksiya əlavə olunub. “WhatsApp” Android tətbiqi üçün nəzərdə tutulan proqramda mesajın üzərinə uzun müddət basıldığında yerinə yetirilən funksiyalara yenisini əlavə edib.

Daha əvvəl mesajın üzərinə basılı saxladıqda onu ulduzlamaq, silmək, başqasına göndərmək və kopyalamaq mümkün olurdu. Yeni funksiyaya əsasən isə siz cavab vermək istədiyiniz mesajı seçirsiniz onun üzərinə klikləyirsiz və cavab yazdıqda hansı mesajı cavablandırmaq istədiyiniz məlum olur.

Bu xüsusiyyətin daha çox qrup söhbətlərində istifadə edilməsi ehtimal edilir. Çox sayda mesajın olduğu bir söhbəti əvvəldən oxuyan və söhbətin əvvəlində yazılmış mesaja cavab vermək istəyənlər bu funksiya ilə daha da asanlaşıb.

Həmin mesaja toxunduqda isə istifadəçi mesajın olduğu hissəyə yönləndirilir. Bu xüsusiyyət ilk öncə bir mesaj üçün nəzərdə tutulsa da, gələcəkdə bir neçə mesaja aid edilə bilər.

“WhatsApp” yeni cavablama sistemini istifadəyə verib - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.