Tank qabaritli Lexus LX 570 üçün tüninq proqramını təklif edilib - FOTO + VIDEO

13 Haziran 2016
2 875
0
Tank qabaritli Lexus LX 570 üçün tüninq proqramını təklif edilib - FOTO + VIDEO
Yeni Lexus LX 570 azərbaycanlılar arasında böyük nüfuza malikdir

Wald International atelyesi Lexus LX 570 üçün tüninq proqramını təklif edib

Yeni Lexus LX 570 modeli azərbaycanlı avtomobil həvəskarları arasında böyük nüfuza malikdir. Yolsuzluq avtomobilinin nə iri ölçüləri, nə benzini su kimi içən mühərriki bu avtomobilə olan məhəbbətin qarşısını almaq iqtidarında deyildirlər. Rəqiblərinə nisbətən bir qədər sərfəli qiymətlə də təklif edilməsi LX 570 modelinin üstün cəhətlərindən biridir.

Feat.Az autograph.az-a istinadən bildirir ki, Lexus LX 570 ofroderinin yeni nəslinin zahiri görkəmini aqressiya əksikliyi ilə ittiham etmək mümkün deyil. Lakin, bir çoxları bununla razılaşmaya da bilər. Belə insanlar üçün, Yaponiyadan olan Wald International tüninq atelyesi xüsusi təkmilləşdirmə proqramını təklif edir.

Bununla belə, tünerlər müəyyən elementlərə toxunmamaq qərarına gəlmişdirlər ki, buna misal olaraq işıq texnikasını göstərmək olar. Sports Line adlandırılan bu dəstin tərkibinə ön kapota quraşdırılmış gümüşü rəngli spoyler, yeni yan kandarlar, əlavə spoyler almış ön bamper daxildir. Avtomobilin arxa hissəsində də yeni bamperi və spoyleri misal gətirmək olar.
Əlbəttə, bütün bu elementlər xüsusi Wald təkər diskləri olamadan effektiv ola bilməz.

Bundan əlavə, yapon tüner avtomobili 8 porşenli supportları olan əyləc mexanizmləri ilə də təchiz edir. Şirkət nümayədələri dəstin qiymətinin 3845 dollar olduğunu bildirmişdirlər. Çatdırılma və quraşdırılma işləri üçün isə ayrıca ödəniş etmək gərəkdir.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.