Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü bu gün olacaq

20 Haziran 2016
1 464
0
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü bu gün olacaq
Feat.Az olke.az-a istinadən xəbər verir ki, bu gün Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin əvvəlcə İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşəcək, daha sonra üç prezident birlikdə danışıqlar masasına əyləşəcək. Uşakov Kremlin bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atdığını bildirib.

“Biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik. Bu prinsiplərdə, xüsusilə Qarabağ probleminin həllində güc tətbiqi yolverilməzdir”, - deyə Uşakov bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.