Ramazan ayının 15-ci gününün duası
Hicri təqvimi üzrə artıq Ramazan ayının 15-ci günüdür. Feat.Az-ın məlumatına görə, iyunun 21-də Bakıda iftar saat 20:31-dədir.
15-ci günün duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərcüməsi:
"İlahi, mənə bu ayda təqvalı olanların itaətin bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!"