Şəbnəm Tovuzlu icra başçısı ilə sevgilidir? - AÇIQLAMA

27 Haziran 2016
2 830
0
Şəbnəm Tovuzlu icra başçısı ilə sevgilidir? - AÇIQLAMA
Müğənni adının icra başçısı ilə hallandıranlara sərt cavab verdi.

Bu gün əksər saytların manşet xəbəri yenə də müğənni Şəbnəm Tovuzlu (Əsədova) oldu. Onun guya icra başçılarından biri ilə sevgili olması, növbəti dəfə müzakirələrə zəmin yaratdı.

Feat.Az xəbər verir ki ,milli.az-a açıqlama verən Şəbnəm hiddətini bu sözlərlə dilə gətirdi: "Ötən həftə canlı yayımda demişdim ki, bəzi reket jurnalistlər məni hədəf seçirlər. Bu da dediklərimin sübutudur. Onlar şər və iftira dolu xəbərlər yazmaqla reytinq əldə etməyə can atır.

Görün bu sifarişli yazılar yazan necə savadsızdır ki, hansısa icra başçısını keçmiş sintezator ifaçısı kimi qələmə verir. Xəbərin ən gülməli yeri məhz budur. Əgər əllərində fakt varsa, ad açıqlasınlar.

Kimsədən qorxum yoxdur. Və utanacaq heç bir hərəkət də etməmişəm. O, dırnaqarası jurnalisti Allaha tapşırıram. Müqəddəs ramazan ayında şayiə yaymağın özü də bir günahdır. Heç olmasa bu ayda günah etməkdən çəkinsinlər".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.