Dollar 2 manat olacaq - ŞOK PROQNOZ

27 Haziran 2016
2 363
0
Dollar 2 manat olacaq - ŞOK PROQNOZ
Son günlər dolların məzənnəsində hər gün ciddi artımlar müşahidə edirik.

Bununla bağlı cəmiyyətdə dolların yaxın vaxtlarda 1.80, hətta 2 manata kimi yüksələcəyi ilə əlaqədar xəbərlər gəzir.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirdi ki, son günlər daxili valyuta bazarında müşahidə olunan proseslər heç bir ciddi iqtisadi əsaslara söykənmir:

“Xatırladım ki, bir müddət əvvəl isə manat bahalaşırdı. Hətta, ABŞ dollarına nəzərən 1.50 azn həddən də belə aşağı düşmüşdü. Onda buna səbəb nə idi ki? Odur ki, bütün bunlar bilavasitə iqtisadiyyatın vəziyyəti ilə bağlı deyil. Yəni, ölkənin valyuta bazarına təsir edə biləcək bir gücdə heç bir daxili iqtisadi səbəb baş verməmişdir.

Sadəcə olaraq, mövsümlə əlaqədar olaraq və bir də idxal amili ilə bağlı, xarici valyutaya ənənəvi surətdə tələb artmışdır ki, bu dəfə qeyd olunan tendensiyaya ölkə xaricində baş verən və cərəyan etməkdə olar bəzi hadisələrdən yaranan "xof" da əlavə olunmuşdur. Buna bilavasitə, Brexit amilini aid etmək olar. Mən isə bir daha qeyd edirəm ki, Brexitin, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarlarının qalib gəlməsinin dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına konkret necə təsir edəcəyi barədə danışmaq hələ tezdir. Düzdür, bu, bazarlarda müəyyən bir panika yaratmışdır və yaratmalı idi də. Lakin bunun heç bir ciddi və əsaslı iqtisadi əsası yoxdur. Söhbət, yalnız psixoloji təsirlərdən gedir. Ona görə də hesab edirəm ki, mövcud abu-hava əslində, tezliklə səngiməlidir”.

İqtisadçı qeyd etdi ki, funt sterlinqin ucuzlaşmasına və sair kimi maliyyə bazarlarına aid müvəqqəti kəskin təlatümlərə görə, yalnız valyuta ehtiyatlarımıza və müvafiq aktivlərimizə müəyyən "zərbə" dəyə bilər ki, bu da keçici xarakter daşımalıdır:

“Hesab edirəm ki, valyuta bazarımız nəzarət altındadır və yaxın müddətdə heç bir şok dəyişiklik baş verməyəcək. Dollar ən çox hələki 1.65-1.70 azn aralığınadək bahalaşa bilər. Bundan sonra yenə bir müddət cüzi ucuzlaşma gözləyirəm”.
atv.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.