Gənclər niyə evlənmir? - Ər arzusu ilə qarıyan qızlar...

13 Temmuz 2016
1 573
0
Gənclər niyə evlənmir? - Ər arzusu ilə qarıyan qızlar...
Azərbaycanda nikaha daxil olanların sayı azalıb. Ötən il ölkəmizdə 68 min 773 nikah qeydə alınıb ki, bu da son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

Nikaha daxil olmaq istəyənlərin sayı hər gün niyə bir az daha azalır?


Feat.Az xəbər verir ki, mövzu ilə bağlı atv.az-a açıqlama verən sosiolaq Əhməd Qəşəmoğlu bildirdi ki, bütün bunlar cəmiyyətdə gedən proseslərlə bağlıdır:

“Bunu təkcə iqtisadi vəziyyətlə izah etmək doğru deyil. Bunun nikaha heç bir aidiyyatı yoxdu. Burada mənəvi amillər çox mühüm rol oynayır. Son dövrlər əhalinin ailə barədə təsəvvürü dəyişməyə başlayıb. 30-40 il bundan əvvəl ailə Azərbaycan vətəndaşı üçün zəruri idisə, indiki vaxtda bu dəyərlər dəyişib. Müasir gənclərin ailə barədə təsəvvürlərini 30-40 il bundan əvvəlki fikirlər ilə müqayisə etmək çətindir. Əvvəllər qurulan ailələr çox nadir hallarda dağılardı. Boşanmaq cəmiyyətdə qeyri-adi hal kimi qarşılanardı. İndi isə insanlar buna adi hal kimi yanaşır. Ona görə də, indi qurulan ailələr tez dağılır.

Digər bir tərəfdən, ailə qurarkən fiziki sağlamlığı nəzərə almaq lazımdır. Çox təəssüf ki, son dövrlər xüsusilə gənclərimiz arasında fiziki cəhətdən ailə qurmaq üçün vacib olan mühüm amillərlə bağlı problemlər çoxalmağa başlayıb. Bu da ailə qurmağa təsir edən əsas problemlərdən biridir”.

Sosioloq qeyd etdi ki, bütün bunlar xoşagəlməz bir haldır:

“Bildiyiniz kimi, ailə cəmiyyətin bir özəyidir. Ailə möhkəm olan cəmiyyət daha möhkəm olur. Bu baxımdan, məsələyə diqqət artmalıdır”.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.