Sabaha olan Hava Proqnozu - Sinoptiklərdən XƏBƏRDARLIQ

18 Temmuz 2016
1 740
0
Sabaha olan Hava Proqnozu - Sinoptiklərdən XƏBƏRDARLIQ
Feat.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki:



Bakıda və Abşeron yarımadasında


İyulun 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında


İyulun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 43, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.



Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.



Xəbərdarlıq


İyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.