İxtisas seçimi bu tarixlərdə aparılacaq - TQDK

20 Temmuz 2016
2 187
0
İxtisas seçimi bu tarixlərdə aparılacaq - TQDK
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Feat.Az bildirir ki, bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

TQ!DK-dan bildirilib ki, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri "Abituriyent" jurnalının 4-cü sayında təqdim olunub.

TQDK ixtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edib. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Müsabiqə şərtlərinə əsasən, I və IV ixtisas qrupları üzrə ixtisas seçimində ümumi balı 200-dən hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Çap olunmuş vəsaitlərdə, həmçinin müəyyən kənd təssərrüfatı və digər ixtisaslar üzrə ixtisas seçiminə qoyulan minimal tələblərlə tanış olmaq mümkündür.

Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə cari ilin məzunları üçün iyulun 23-də keçiriləcək qəbul imtahanının nəticələri elan edildikdən sonra çap ediləcək.

Xatırladırıq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.
Vəsaitin elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.