Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinə VERİLDİ

20 Temmuz 2016
2 574
0
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinə VERİLDİ
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib.

Bunu APA-ya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.

Rektor bildirib ki, bununla bağlı prosedurlar və məsələlər tədricən həll ediləcək.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

-----------

Beynəlxalq Təhsil Mərkəzinin bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edilib.

Feat.Az bildirir ki, mərkəzdən report-a verilən məlumata görə, qəbul edilən qərar universitetinin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır. Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.

"Qafqaz Universiteti kifayət qədər reytinqi olan bir ali təhsil müəssisəsidir və fəaliyyətini davam etdirəcək. Ali təhsil müəssisəsinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər", - mərkəzdən bildiriblər.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.