TQDK-da Apellyasiya Komissiyası yaradıldı

25 Temmuz 2016
1 625
0
TQDK-da Apellyasiya Komissiyası yaradıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Komissiya Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər komissiyaya 25 iyul saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.