TQDK abituriyentlərə xəbərdarlıq etdi

27 Temmuz 2016
1 724
0
TQDK abituriyentlərə xəbərdarlıq etdi
9 illik təhsil bazasında kolleclərə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı sona çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumatda bildirilir ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək
bizimyolinfo
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.