Uşağın iştahası pis olarsa...

30 Temmuz 2016
1 927
0
Uşağın iştahası pis olarsa...
Bəzən valideynlər uşaqları haqqında belə deyirlər: uşaq pis yeyir, anadan olandan yemək istəmir, hətta döşü tutmur.
Bəzən də elə olur ki, 9-12 aylıq uşağı ana yedirmək üçün qucağına aldıqda uşaq müqavimət göstərir. Bəzən də 3-4 yaşlı uşaqlar belə, anaları yeməyə çağırdıqda, özlərini məşğul kimi göstərirlər. İştahası pis olan uşaqlar bəzən yeməkləri ciblərində gizlədirlər ki, sonra xəlvətdə tullasınlar. Adətən belə uşaqlar sonradan yalan danışmağı bacaran olurlar. Beləliklə, iştahsızlığına görə anasını aldatmağa çalışan uşaqlar yalan danışmağa vərdiş edir, ətrafdakılarla ünsiyyət qura bilmir, xasiyyətcə pozulurlar. Odur ki, əgər uşağınızın iştahası yoxdursa, onu zorla yedizdirməyə çalışmayın, uşağınıza istəmədiyi bir qaşıq yeməyi belə zorla yedirməyin.

Anadangəlmə instinktlərdən biri yeməyə can atmaqdır. İştahanın olmaması anadangəlmə olmur. Uşağın yaxşı və ya pis yeməsi onu valideynlərinin pis tərbiyə etməsindən asılıdır. Uşağa zorla yemək yedirmək onu sizə qarşı müqavimət etməyə zorlamaqdır. Uşağı elə tərbiyə etmək olar ki, istəmədiyi yeməyi ona yedirtdikdə heç vaxt zor işlətmək lazım gəlməsin.

Yeni doğulmuş uşağın nə yeməsinin fərqinə varmamasını söyləyənlər çox yanılırlar. Çünki yenidoğulmuş uşaq dad bilmir, onun dadbilmə qabiliyyətini zorla yox, sadəcə olaraq inkişaf etdirmək lazımdır. Çox vaxt valideynlər uşaqlarını çox yeməyə məcbur edirlər. Onlar elə hesab edirlər ki, uşaqlar nə qədər çox yesələr, bir o qədər tez böyüyərlər. Bu cür düşüncə tərzi uşaqları "pis yeyən" uşağa çevirir.

Bəzən analar yalnız o zaman rahat olurlar ki, onların uşağı böyük adamın yediyi qədər yesin. Hətta 4 yaşındakı uşağının 10 yaşlı uşağın yediyi qədər yemək yeməsilə öyünən analar da vardır. Belə ki, uşaq normadan artıq yedikdə onun orqanizminə yük düşür və uşaq pis inkişaf edir.

Bəzən də elə uşaqlar olur ki, onlar südəmər dövründən yetkinlik dövrünə qədər iştahaları pis olur, zəif yeyirlər. Bu da həmin uşaqların zəif inkişaf etməsinə və yaşıdlarından geri qalmasına səbəb olur. Həddindən artıq zəif yemək bəzi xəstəliklərin əlaməti ola bilər. Uşaqların yaşlarına görə qəbul olunmuş normal çəki vahidləri vardır. Qəbul olunmuş çəkiyə, vahidindən az çəkiyə sahib olmaq müxtəlif xəstəliklərin əlamətləri ola bilər. Bunların qarşısını almaq üçün isə mütləq uşaq həkimi ilə məsləhətləşmək lazımdır.
immunitet.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.