Bina dağıldı, evlərdə çatlar yarandı - Azərbaycanda zəlzələ

01 Ağustos 2016
1 694
0
Bina dağıldı, evlərdə çatlar yarandı - Azərbaycanda zəlzələ
İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib. Zəlzələ 4 bal gücündə qiymətləndirilib.

Feat.Az-ın Report-a istinadən məlumatına görə, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib

Bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub. Feat.Az Trend-ə istinadən bildirir ki, İranın Parsabad şəhərində 1 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.