Havanın temperaturu 41 dərəcəyədək yüksələcək

05 Ağustos 2016
1 552
0
Havanın temperaturu 41 dərəcəyədək yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 06-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Avqustun 06-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.