13.08.2016 Sabaha olan hava proqnozu

12 Ağustos 2016
1 826
1
13.08.2016 Sabaha olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 13-də günəşlihava şəraitinin olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Avqustun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alis
    • Alis
    • 12 Ağustos 2016 18:08
    Yanajiyixxx. Cəhənnəm atəsində yandığımi hiss edirəm
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.