Sinoptiklərdən Xəbərdarlıq! Sabaha Olan Hava Proqnozu

20 Ağustos 2016
1 300
0
Sinoptiklərdən Xəbərdarlıq! Sabaha Olan Hava Proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 21-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında


Avqustun 23-dək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında


Avqustun 21-də hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Xəbərdarlıq
Azərbaycanın rayonlarında


Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET