Sabaha Olan Hava Proqnozu

09 Eylül 2016
1 561
0
Sabaha Olan Hava Proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoz


Sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.