Dünyanın ən gənc hakeri danışdı

10 Ekim 2014
1 385
0
Dünyanın ən gənc hakeri danışdı
Dünyanın ən gənc hakeri danışdı
Dünyanın ən gənc hakernin Çində yaşadığı bəlli oldu.
13 yaşlı Van Jenyan ev tapşırığını yerinə yetirməmək üçün məktəbin komputer şəbəkəsini "sındırıb" və müəlliminin tapşırdığı məsələlərin cavablarını komputerdən köçürüb.
Daha sonra o,X-Box oyun konsolunu əldə etmək üçün bu aparatın satıldığı onlayn-dükanın sistemini "sındırib" və konsolun satış qiymətini dəyişib.Çin mediası 13 yaşlı şagirdi cinayətlə suçlasa da,Ven bu ittihamları rədd edib.
Pekində keçirilən onlayn təhlükəsizlik üzrə konfransda çıxış edən Van Jenyan deyib:
"Bacarığımdan yalnız insanlara xeyir vermək üçün istifadə etmək istəyirəm.Məktəbin sıstemini yuxarı siniflərdə oxuyan şagirdlər üçün sındırdım.X-Box konsoluna gəldikdə isə,saytda onun satış qiymətini 2500 yuandan 1 yuana "saldım".
Sonra internet dükana məktub yazıb onların təhlükəsizlik sistemində problemlərin olduğunu bildirdim və konsolu almadım.Gəlir əldə etmək üçün onlayn sistemləri "sındıran"lar mənəviyyatsız insanlardır.Mən isə təhlükəsizliklə bağlı xəbərləri araşdırıram".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.