Özü ilə evlənən qadın - FOTOLAR

11 Ekim 2014
1 427
0
Özü ilə evlənən qadın - FOTOLAR
Özü ilə evlənən qadın - FOTOLAR



İngiltərənin paytaxtı Londonda yaşayan Grace Gelder adlı bu xanım, özü-özü ilə evlənib.
6 ildir sevgilisi olmadığını deyən Gelder, bir müddətdir meditasiya, yoqa və bəzi fəaliyyətlərlə "özünü kəşf etdiyini" bildirib.
Bundan sonra "özünə vurğun olan" bu xanım, ötən ilin noyabrında parkda oturarkən özünə evlənmə təklif edib. "HƏ!" cavabı aldıqdan sonra Devonshire bölgəsində açıq havada toy mərasimi təşkil edib.
Toy mərasiminə Gelderin bacısı da daxil olmaqla 50 nəfər insan dəvət olunub. Gelder toyundan sonra "özümü daha güclü hiss edirəm" deyib.
Özü-özünə üzük taxan və aynadakı əksini öpən Grace Gelder, İslandiyalı musiqiçi Bjork'un "İsobel" adlı mahnısında keçən "özümlə evliyəm" sözündən təsirləndiyini etiraf edib. İlk əvvəllər mahnıda keçən "özümlə evliyəm" sözünü dəlilik kimi saydığını söyləyən bu xanım, "indi isə bunu tamamilə anlayıram" deyib. Qeyd edək ki, bu evliliyin qanuni bir tərəfi yoxdur.


Özü ilə evlənən qadın - FOTOLAR
Özü ilə evlənən qadın - FOTOLAR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.