Hərbi Hava Qüvvələrinin təlimləri

16 Ağustos 2014
1 402
11
Hərbi Hava Qüvvələrinin təlimləri
Hərbi Hava Qüvvələrinin təlimləri

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasiya məhvetmə vasitələrilə tam dağıdıb.

Təlim uçuşlarından sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun quruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkçələr hədiyyə edilib.

Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
melumata gore sag olun
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
Maraqlidi twekkurler
AurorA
Melumata gore thank you)
Omrum Ikimizin
lap yaxsi coxsagolun
Dear..
xeber ucun tewekkurler
ЗайкА)
məLumat üçün çox sağ oL
Saleh
  • Saleh
  • 21 Ağustos 2014 03:24
meqale ucun Təşəkkürlər Xəbərə Görə,Minnətdarıq
.::American Girl::.
Maraqlıdır
More
  • More
  • 16 Ağustos 2014 22:43
melumata gore tewekkurler
FeaT.Az
Melumata gore saghol Qaqa xeberin adina diqqet et)
RƏY ƏLAVƏ ET