Dövlətə, Millətə Hörmətsizlik...

01 Kasım 2016
1 597
0
Dövlətə, Millətə Hörmətsizlik...
"Vətən pərvərlik nədən başlayır?!"
Vətənə məhəbbət nə qədər olur? Nədən əmələ gəlir? Birinci qayda "VƏTƏNİN ATRİBUTLARINA" edilən hörmətdən ibartətdir. Onun Bayrağından..! Gerbindən..! Və həmçinin onun Adından ki, onun uğrunda şəhadət şərbətini içib və onun uğrunda qanlarını tökmüş Şəhidlərimiz olub... Orta məktəblərimizdə Vətənpərvərlik, Vətənin bayrağı, Gerbi və Sərhədlərindən ibarət olunduğu bizlərə aşılanıb. Və həmçinin, dünyada elə bir Dövlət yoxdur ki, Atributlarına edilən hörmətsizliyə laqeyd qala. Hətta bəzən edam kimi ağır cəzadan tutmuş daha böyük məbləğlərdə cəzalara qədər cərimələr tətbiq olunmuşdur.
Mən bir Azərbaycanlı Vətənpərvər kimi belə bir hadisədən çox narahat oluram və hətta bu hadisə qəzəblənməyimə belə yol açır.. Dövlət Gerbini və Bayrağını Natəmiz küçələrdə ayaqlar altında əzilib atılmış siqaret qutularında, spirtli içkilərin zərfləri və qapaqlarında görəndə mənim və mənim kimi Patrotik hissli insanların inciməsinə və qəzəblənməsinə şərait yaradır. Xülasər, məgər bu Holoqramlarda "Azər Sənai"-nin logotipini vurmaq olmazmi?! Mən bir Vətəndaş kimi Azərbaycanın Atributlarına və bu torpaq uğrunda canından keçməyə hazır olan milyonlarla insandan biri kimi, bir xatırlatmanı nəzərinizə çatdırmaq istəyirəm ki, bu natəmiz məkanlardan, küçələrdən nə vaxta kimi toplanacağ bizə əziz olan atributları?! Axı biz Azərbaycanlıyıq!! "Biz bədbin xalqlar sırasında olan ruslardan deyilik ki, vətəninin və anasının söyülüb-təhqir olunmasına loyal baxalar."
Mən əminəm ki, bizim Dövlət Nümayəndələrimiz məni bir Patriot kimi düzgün başa düşərlər və bu düzəlişi Hologramlar üzərinə öz logotiplərini əks etdirərlər.

Dövlətə, Millətə Hörmətsizlik...

Dövlətə, Millətə Hörmətsizlik...

Dövlətə, Millətə Hörmətsizlik...

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.