Bu platforma ilə işləyən kompüterlərin satışı dayandırılıb

02 Kasım 2016
1 655
0
Bu platforma ilə işləyən kompüterlərin satışı dayandırılıb
Ən populyar əməliyyat sistemi “Windows 7” ilə işləyən yeni fərdi kompüterlərin satışı dayandırılıb. “Windows 8,1” sistemi ilə işləyən qurğular da bazarı tərk edir.

FEAT.AZ saytı xəbər verir ki, oktyabrın 31-də ABŞ şirkəti “Windows 7 Professional” və “Windows 8,1”-in (bütün versiyalar) lisenziyalarının fərdi kompüter istehsalçılarına satışını dayandırıb.

Beləliklə, indi sonuncular öz masaüstü kompüter və noutbuklarına yalnız “Windows 10” quraşdırmalı və ya alternativ sistemdən istifadə etməlidirlər.

Bununla belə, hələ ki, istifadəçilər “Windows 7 Professional” və “Windows 8,1” sistemləri ilə işləyən yeni fərdi kompüterlər satın ala bilərlər. Birincisi, distribüter və pərakəndə satıcılarda bu texnikanın ehtiyatı olur.

İkincisi, öncədən “Windows 10 Pro” qurulmuş yeni kompüterin sahibi öz sistemini “Windows 8,1 Pro” və ya “Windows 7 Professional”a dəyişmək hüququna malikdir.

Amma bir şərtlə ki, “Microsoft” sözügedən əməliyyat sistemini dəstəkləsin. Bundan başqa, “Windows 7” və ya “8,1” sistemlərinin lisenziyalı versiyaları olan disk və fləş daşıyıcıları satışda tapmaq mümkündür.

“Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixinədək davam edəcək və “Windows 8”-in əsas və genişləndirilmiş dəstəyi müvafiq olaraq 9 yanvar 2018-ci il və 10 yanvar 2023-cü il tarixində bitəcək.

“NetMarketShare” xidmətinin məlumatına görə, 2016-cı ilin oktyabrında dünyada bütün kompüterlərin 48,38%-nə “Windows 7” qurulub. Həmin ayda “Windows 10” sisteminin bazar payı, həmçinin cüzi artıb.

2016-cı ilin iyulun sonunda “Microsoft” şirkəti “Windows 7” və “Windows 8,1” ilə işləyən kompüterlərə “Windows 10” əməliyyat sistemini pulsuz quraşdırılması imkanını ləğv etdikdən sonra sözügedən platformanın yayılma tempi xeyli zəifləyib.

“Microsoft”un rəsmi məlumatına əsasən, 2016-cı ilin sentyabrın sonunda dünyada 400 milyondan çox qurğuda “Windows 10” sistemindən istifadə olunub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.