DƏHŞƏTLİ PROQNOZ: Azərbaycanda kəskin devalvasiya olacaq?

03 Kasım 2016
1 793
0
DƏHŞƏTLİ PROQNOZ: Azərbaycanda kəskin devalvasiya olacaq?
“Bütün neft ixrac edən ölkələrdə milli valyutanın ucuzlaşması baş verdi. Azərbaycan da istisna deyil. Ölkəmizin ixracının böyük bir hissəsini neft və neft məhsulları əhatə edir”.

FEAT.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ikisahil.az-a müsahibəsində deyib.

“Ona görə də neftin qiyməti ilə manatın dəyərdən düşməsi bir-biri ilə əlaqədardır. Hazırda manatın qiymətində enmələr hiss olunur. Əlbəttə, iqtisadçı olaraq şok devalvasiyasının tərəfdarı deyilik.

Ona görə də manatı yumşaq devalvasiya prinsipi ilə aparmaq lazımdır ki, insanlar çox əziyyət çəkməsinlər. Bunun üçün müəyyən hazırlıqlar aparmaq lazımdır. Manat o vaxta qədər ucuzlaşacaq ki, Azərbaycanın daxili maliyyə bazarında həqiqi qiymətini tapacaq.

Qazaxıstan və Rusiyada milli valyutanı buraxdılar ki, bazarda öz qiymətini tapa bilsin və hazırda hər iki ölkənin valyutası öz real qiymətini tapa bilib. Bunun üçün Azərbaycanda müəyyən vaxt lazımdır. İnanıram ki, yaxın zamanda Mərkəzi Bank elan edəcək ki, manat artıq öz real qiymətini tapıb”.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.