Bakıda məşhur müğənniyə aid olduğu deyilən əxlaqsızlıq yuvası aşkarlandı

Müğənni Elçin Hüseynov “New life” restoranında fahişəxana aşkarlanması haqda yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo”ya açıqlamasında sənətçi bu məlumatların yalan olduğunu qeyd edib:
“Mən mədəni, özünə hörmət edən insanam. Özüm də o restoranda tez-tez oluram, “New life” fahişəxana olsa, ora getmərəm. Heç vaxt o restoranda oturmaram ki, onun başqa otağından fahişəxana kimi istifadə olunsun. Ora fahişəxana ola bilməz. Qaldı ki, restoranın mənə məxsus olmağına bildirmək istəyirəm ki, çay evi mənim adıma deyil. Bu, Çay Evinə qarşı böhtandır”.
Yusif Mustafayev AzNews.az-a açıqlamasında çay evinin qayını Elçin Hüseynova məxsus olduğunu təsdiq edib: “New Life” çay evinin ətrafında yaranan söz-söhbət böhtan xarakterlidir. Tamamilə yalan sözdür. Onlar abırlı adamlardır. Bu, onları istəməyənlərin uydurmasıdır. Allah haqqı yalan sözdür. Ora ən abırlı yerdir, sənət adamları həmişə bura gəlir”.