“İnternet bağlılığı hər insanın haqqıdır”

11 Ekim 2014
1 287
0
“İnternet bağlılığı hər insanın haqqıdır”
“İnternet bağlılığı hər insanın haqqıdır”


Sosial şəbəkə saytı Facebookun qurucusu Mark Zukerberg, internet bağlılığının insan haqqı olduğunu söyləyib.

Zukerberg, Hindistanın paytaxtı Yeni Delhidə təşkil edilən "Internet.org" zirvəsinin açılışında etdiyi çıxışında, internetə çıxış imkanının , "öz nəsillərinin başlıca mübarizə sahələrindən biri" olduğunu ifadə edərək, "Hamı üçün işləyən bir internetin yaradılmasına kömək etmək istəyirik" deyib.

Hindistanda bir milyarddan çox nəfərin, internetə baxmadığına diqqəti çəkən Zukerberg, internetə bağlılığın, təkcə zəngin və güclü kəslərin imtiyazı ola bilməyəcəyini söyləyib və "Bu, hər kəsin paylaşdığı bir şeydir, hamı üçün bir fürsət olmalıdır" deyə bildirib.

Facebookun 30 yaşındakı qurucusunun, sabah Hindistan Baş naziri Narenda Modi ilə görüşməsi gözlənilir.

(movqe.az)

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.