Azərbaycana məğlub olsaq böyük faciə olacaq - FOTO » Feat.Az Sekiller, Xeberler, Yazili

Azərbaycana məğlub olsaq böyük faciə olacaq - FOTO

11 November 2016
452
0
Azərbaycana məğlub olsaq böyük faciə olacaq - FOTO
“Rəqibi yaxşı tanıyırq. Baş məşqçimiz Azərbaycan kimi komandalara necə qalib gəlməli olduğumuzu deyib”.

FEAT.AZ-ın məlumatına görə, bunu Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans DÇ-2018-in seçmə mərhələsində bu gün yığmamızla keçiriləcək oyun haqda danışarkən deyib.

“Mançester Yunayted”in sabiq futbolçusu millimiz haqda ehtiyatlı danışıb: “Rəqibin sürprizlərə imza atması məni heyran edir. Çox maraqlı bir oyun gözləyirik. Azərbaycan millisi üçün hər şey yaxşı gedir. Onlar istədikləri nəticəni qazanıblar”.

Evans DÇ-2014-ün seçmə mərhələsində millimizlə bir qrupda mübarizə apardıqlarını da xatırladıb: “Həmin seçmə mərhələdə evdə keçirdiyimiz oyunda yaxşı çıxış etsək də, çətinliklə bərabərliyə nail olduq. Nəticəyə çox üzülmüşdük. İnanıram ki, bu dəfə hər şey fərqli olacaq. Rəqibə oynamağa imkan verməməliyik. Xal itirsək, bu, faciə sayılmalıdır. Qrupdan çıxmaq ümidlərimiz puç olacaq”. /qol.az/


Azərbaycana məğlub olsaq böyük faciə olacaq - FOTO
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz