DİQQƏT! Bu əşyanı istifadə etməyin

15 Kasım 2016
2 265
0
DİQQƏT! Bu əşyanı istifadə etməyin
İnsanın stressini duşdan başqa nə ata bilər və orqanizmi hamam kisəsi ilə masajdan daha yaxşı nə canlandıra bilər?

Dünya həkimləri və dermatoloqları bununla razılaşmağa tələsmir. Aparılan araşdırmalarda məlum olub ki, lifli hamam kisələri orqanizmə xeyirdən çox zərər verir.
“Journal of Clinical Microbiology” elmi və tibbi jurnalında çıxan məqaləyə görə, adi torlu və lifli hamam kisələri bakteriyaların çoxalması üçün münbit şərait yaradır.

Axı bizim əksəriyyətimiz duş qəbul etdikdən sonra kisəni rütubətli və isti mühitdə saxlayırıq. Bu da mikroorqanizmlərin yaranmasına və inkişafına gətirib çıxarır.

Nəticə etibarı ilə növbəti dəfə kisələnəndə bakteriyalar dəriyə hopur. Bu da müxtəlif növ dəri iltihablarına səbəb olub. Məşhur dermatoloqu Metyu Nayt və onun həmkarlarının 98 faizi məsləhət görür ki, lifli hamam kisələrindən bir aydan çox istifadə etmək olmaz.

Odur ki, sevimli aksessuarı bakteriya yuvasına çevirməmək üçün onu duşdan sonra hamamdan kənarda qurudun və vaxtaşırı dəyişdirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.