"Altın Kelebek"də böyük skandal

16 Kasım 2016
1 100
0
"Altın Kelebek"də böyük skandal
"Altın Kelebek" Mükafatə gecəsində‘Diriliş: Ertuğrul’un prodüseri Mehmet Bozdağ’a söz verilməməsi və Okan Bayülgen’in, Sibel Can’ın kilolarına lağ eləməsi sosial mediada böyük müzakirəyə səbəb oldu.
Musiqi ve TV dünyasının ən yaxşılarının mükafatlandırıldığı 14 noyabr tarixli Pantene Altın Kelebek Mükafat Mərasimi gecəsinə yenə Doğan Yayın Holdingin milli və mənəvi dəyərlərə olan hörmətsizliyi damğa vurdu. Gecədə ard-arda yaşanan skandallara sosial media da səssiz qalmadı.
Mərasimdə TRT 1'in 'Diriliş: Ertuğrul' serialı, izləyici səs verməsi ilə İlin ən yaxşı serialı mükafatına layiq görüldü. Mükafatı almaq üçün səhnəyə dəvət olunan serialın prodüser ve senaristi Mehmet Bozdağ'ın danışmasına yimkan verilmədi. Mərasimin aparıcısı Okan Bayülgen, hörmətsizliyə görə köməkçini günahkar çıxarıb və sözlərinə istehza ilə davam edib: "Mən 'Diriliş Ertuğrul'u heç vaxt izləmədiyim üçün onlara söz vermək istəyirəm; 'Diriliş: Ertuğrul'u hər gün izləyəcəm. O gün efirdə olmasa belə mən ekran başında olacam və serialı gözləyəcəm."
Mehmet Bozdağ hörmətsizliyə görə mükafatı təhvil verib və "bu hörmətsizliyin uğurumuza və izləyicimizə edilən nəzakətsizlik olduğuna inanaraq mükafatı təhvil verdim. Bayülgenin üzr istəmək yerinə Türkiyə və dünyada bu qədər izlənən serialımızı heç izləmədiyini deyib lağ eləməsi də nəzakətdən uzaqdı. Bu onun öz ayıbıdı. Mümkünsə serialımızı izləməsin."
Serialın aktyoru Cavit Çetin Güner isə mükafatı yerə qoyub çəkdirdiyi şəkli İnstagramda paylaşdı. Şəklin altına: " Üç sezondur təkcə öz günündə yox ay ərzində ən çox izlənən seriala məcbur olub mükafat verdilər. Ona görə məcbur deyirəm, çünki Ən Yaxşı Aktyor, Ən yaxşı Ssenari və Ən Yaxşı İdarəetmə də bizim haqqımız idi amma biz onlardan deyilik axı... Bu günə qədər vermədilər, bu gün də könülsüz verdilər və mikrofon belə uzadmadan kulisin yolunu göstərdilər. Bu mükafatın dəyəri bu fotoda. Ayaqqabım daha dəyərlidir!"
"Altın Kelebek"də böyük skandal

"ÜÇ UŞAQ SAHİBİ BİR ANAYAM"
Okan Bayülgen mərasimdə Sibel Canın kilolu olduğunu da tez-tez vurğuladı.
Sibel Canın keçən ilki mükafat mərasimindən görüntülərini göstərərək "Sizin üçün kök deyirlər. Kök adam üzürmüş kimi gəzərmi heç? Sizə kök deməsinlər. Bu nə sürət. Uçurmuş kimi gəzirsiniz" deyərək məşhur müğənniyə lağ elədi. Bayülgenin sözləri xalq da sərt reaksiya verdi. S.Can isə Bayülgenin sözlərinə qarşılıq verdi: "Hər şeydən əvvəl mən bir qadınam. Gənc yaşda 3 uşaq dünyaya gətirmişəm. Sənətçi şəxsiyyətim və sevənlərimin alqışları ilə bu günə gəlib çıxmışam. Bunu bəzi sənətçi dostlarımın unutmamasını tövsiyyə edirəm. Onsuz da lazımlı cavabı qadın heyranlarım sərt şəkildə verdi."

"Altın Kelebek"də böyük skandal
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.