Gəncləri gözləyən təhlükə - "selfie"çəkdirərkən diqqətli olun!

Gəncləri gözləyən təhlükə - "selfie"çəkdirərkən diqqətli olun!
Gəncləri gözləyən təhlükə - "selfie"çəkdirərkən diqqətli olun!

Son zamanlar "selfie" - "özçəkim" kimi tanıdığımız fotolar istər sosial mediada, istərsə də gündəlik həyatda dəb halını alıb. Dünyada selfi çəkən zaman ehtiyatsızlıqdan baş verən müxtəlif bədbəxt hadisələrlə bağlı xəbərlərə dünya mediasının manşetlərində tez-tez rast gəlirik. Hətta “yaxşı” selfi çəkdirmək istəyənlərin bədbəxt hadisələrin qurbanı olması bizi çox təəcübləndirir. Bir neçə gün bundan əvvəl Astara rayonunda da belə bir bədbəxt hadisə baş verdi Dediyimiz kimi, dünyada selfi qurbanları çox olsa da, ölkəmizdə bu hal ilk dəfədir ki, yaşandı. Psixoloqların dili ilə desək bu “selfi xəstəliyi”ndən xilas olamğın çarəsi varmı? Mövzunu əməkdaşımız Əfsun Ələskərli araşdırıb. Selfi çəkməyin normal halda heç bir qəbahəti yoxdur. Son zamanlar sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfie" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. 2002-ci ildən dünyada daha geniş yayılan selfie şəkillər 2012-ci ildən isə gənclər arasında daha çox məşhurlaşdı. Texnologiyanın inkişaf dönəmində müasir gəncliyimiz bundan daha çox istifadə edir. Ölkəmizdə bir çox gənclər kimi Lənkəranlı gənclərin də selfiyə münasibəti normaldır.Lənkəranda selfie həvəskarı olan gənclərdən biri də Şəhriyardır. Gün ərzində çəkdiyi selfieləri sosial şəbəkələrdə paylaşmaqla like toplamaq demək olar ki, onun hobbisinə çevrilib.Psixoloqların araşdırmasına görə, "selfie" çəkdirmək və bu şəkilləri sosial şəbəkədə paylaşmaq ruhi pozğunluğun əlamətidir. Psixoloq deyir ki,belə insanlar “selfie”-yə daha çox aludə olmuş insanlardır. Diqqəti daha çox öz üzərlərinə çəkmək üçün şəkillərinin məqamını, yerini, mənzərəsini xüsusilə seçmək istəyirlər. Buna görə də risklərə gedir, bu risklər də sonucda xoşa gəlməyən hadisələrlə nəticələnir və faciələrə yol açır.P sixoloq bunun xüsusi bir müalicəsi olmadığını deyir.Unutmayaq ki, selfi çəkən insan ancaq özünü düşündüyü üçün, hər hansı bir bədbəxt hadisənin yaşanması qaçılmaz olur. Bundan daha çox sarsılan isə doğmalarımızdır. Astarada bacısının yaşadığı mənzilə qonaq gedən gənc qızın faciəli ölümü kimi. Bu bədbəxt hadisə ilk və son olsun.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.