Biləsuvarda dəhşət: Ata qızının başını kəsdi

11 Ekim 2014
1 944
0
Biləsuvarda dəhşət: Ata qızının başını kəsdi
Biləsuvarda dəhşət: Ata qızının başını kəsdi

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib. Ata qızının boğazını kəsərək qətlə yetirib.
Hadisəsi bu gün günorta saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 63 yaşlı Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirib. İlkin məlumata görə, Tofəddin Hacıyevin 1 uşaq anası olan qızı Aida Hacıyeva xeyli vaxt olar ki, ərindən boşanıbmış. Ərindən boşanmış qızının həmkəndlilərindən biri ilə münasibətini bilən ata dəhşətli hadisə törədib. O, doğma qızını qətlə yetirmək üçün evin araxasına apararaq məlum hadisəni törədib. Məlumat daxil olarkən hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər.Qızını qətlə yetirən Tofəddin Hacıyev isə polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, Tofəddin Hacıyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Adam öldürmək üstündə 10 il azqdlıqdan məhrum edilib. Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi açılıb.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.