Müsəlmanlar üçün İkinci həyat yoldaşı axtaran sayt açıldı

30 Kasım 2016
1 802
0
Müsəlmanlar üçün İkinci həyat yoldaşı axtaran sayt açıldı
Saytın artıq 7 mindən çox istifadəçisi var.

Böyük Britaniyada ikinci həyat yoldaşı axtaran müsəlmanlar üçün“SecondWife.com” tanışlıq saytı açılıb.

Saytdan hazırda 35 min nəfər istifadə edir. Saytın yaradıcısı 33 yaşlı teleaparıcı Azad Çayvaladır. O, bütün dini konfessiyaların nümayəndələrinin istifadə edə biləcəyi “Polygamy.com” saytını da yaradıb. İdeya müəllifini, hətta çoxarvadlılığa görə yeddi il həbs nəzərdə tutan cəza da qorxutmur.

A.Çayvala ənənəvi dəyərlərin və sədaqətin tərəfdarı olduğunu, çoxarvadlılığın qadınları tənhalıqdan xilas edəcəyini söyləyib.

Müsəlman icmasının bir çox nümayəndələri isə çoxarvadlılığın təbliğinə etirazlarını bildiriblər.

Britaniya parlamentinin müsəlman üzvü Xalid Mahmud ikinci və növbəti arvadların hüquqi baxımdan müdafiəsiz olduğuna diqqət çəkib:

“Bu, qadını böyük təhlükə altında qoyur, çünki o, həyat yoldaşının əmlakına haqq iddia etmək hüququnu itirir”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.