Caparo ona 1 milyon qiymət qoydu

17 Ağustos 2014
1 499
0
Caparo ona 1 milyon qiymət qoydu
Caparo ona 1 milyon qiymət qoydu

Britaniyanın Caparo Vehicle Technologies mühəndis firmasının yeni T1 Evolution superkarının qiyməti 1,1 milyon avro olacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu barədə De Telegraaf şirkətin təmsilçisinə istinad edərək yazır.

Müqayisə üçün T1 Evolution xələfi – 583-güclü Caparo T1 modelinin qiyməti “cəmi” 300 min avrodur. Əvvəllər xəbər verildiyi kimi yeni superkarın gücü 700 at gücündən çox olacaq. Maşının dizaynı hələlik məxvi saxlanılır – istehsalçı cəmi bir tizer dərc edib, lakin məlumdur ki, avtomobilin özü həm xaricdən, həm də daxildən fərqli olacaq və yeni şassi və asqı üzərində yığılacaq.

Caparo T1 Evolution təchizatına ABS, ESP, trekşn-kontrol, məlumat-əyləncə sistemi və Virtual Engineer paketi daxil olacaq. Avtomobilin tərtibatında gümüşdən, qızıldan və platindən istifadə ediləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.