Azərbaycanda ata 18 yaşlı qızını öldürdü
Feat.Az-ın lent.az-a istinadən məlumatına görə, günorta saatlarında rayonun Xurşud kəndində 18 yaşlı Fərqanə Əsədovanın qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin olaraq bildirilib ki, evdə gənc qızın qan içində meyiti tapılıb. Aparılan ilkin araşdırmalarla məlum olub ki, qız qətlə yetirilib və ilk olaraq qızın kiçik qardaşı bacısını öldürdüyünü deyib. Lakin sonradan qanlı cinayətin Fərqanənin atası, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu tərəfindən törədilməsi müəyyənləşib.
Bildirilir ki, Əsədovlar ailəsində bir müddət imiş ki, problemlər yaşanırmış. Bir neçə gün əvvəl evin xanımı həyat yoldaşı ilə dalaşaraq evi tərk edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib və dünən qızı ilə mübahisə edən 41 yaşlı ata ona bir bıçaq zərbəsi endirərək öldürüb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.